01.03.2021
18:28
485

15 yaşlı qızı evinə apardı və... Novxanıda İYRƏNC HADİSƏ

Loading...

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İlham Cəlilov qonşusu, 2004-cü il təvəllüdlü Fəridə Məmmədovaya (ad soyad şərti verilib - red.) evlənmək məqsədi ilə elçi göndərərək özünə həyat yoldaşı edəcəyi barədə yalan vəd verib.

O, Fəridəni aldadaraq 2019-cu il tarixdə Novxanı kəndindəki evə aparıb, evin yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İlham Cəlilov həmin tarixdə etdiyi hərəkətinin davamı olaraq cinsi ehtirasını təmin etmək niyyəti ilə 2020-ci ildə yenidən Fəridə Məmmədovanı yaşadığı Novxanı kəndindəki evinə aparıb, yataq otağında yenidən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İlham Cəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Fəridə Məmmədova sonuncu dəfə İlham Cəlilovla cinsi əlaqədə olduqdan sonra evlərinə doğru gedib:
"Tək hərəkətdə olan zaman Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölyününün əməkdaşları məni taparaq polis idarəsinə gətirdilər. Söhbət əsnasında 15 yaşım olduğunu bildirdim. İlkin izahatımda İlhamın tutulmaması üçün Murad adlı şəxslə cinsi əlaqədə olduğumu bildirdim, İlhamla olan münasibətimi gizlətdim. Əslində Murad adlı şəxsin təqsirləndirilən İlham Cəlilov olduğunu bildirdim".

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

İlham Cəlilov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

publika.az

Loading...