643529c10bb31202304233457
"15 il Azərbaycan futbolunu "böyrü üstə" qoy, sonra get Parisdə" - VİDEO

İTV-nin efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində jurnalist İlkin Fikrətoğlu AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun açıqlamasına sərt cavab verib.

Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, E.Məmmədov verilişə qoşula bilməsə də, vatsap üzərindən açıqlama göndərib.

O, açıqlamasında Azərbaycan futbolunun hazırkı durumundan danışa bilməyəcəyini deyib.

İlkin Fikrətoğlu isə sabiq baş katibin açıqlamasına sərt cavab verib: “Çox rahat. 15 il Azərbaycan futbolunu “böyrü üstə” qoy, sonra get Parisdə otur və mən heç nəyə cavab verə bilmərəm de”.

11.04.2023 13:34
720