6503e03e58a38202309234030
13 yaşlı qızlığı ilə çılpaq fotoları yayılan, dayədən uşağı olan ULDUZLAR - Qaranlıq sirlər

Lent.az dünya şöhrətli incəsənət adamlarının mənəviyyata zidd əməlləri barədə məlumat verir.

Dünya şöhrətli kinorejissor Vudi Allen öz qızlığı ilə evlənib. Bir zamanlar onun sevgilisi, aktrisa Miya Ferrou çoxlu sayda uşaqları övladlığa götürürdü. Vudi Allen onlara atalıq edirdi. Bu uşaqlardan biri də 3 yaşlı koreyalı Sun idi. Sun 13 yaşına çatanda onun ata rolu dəyişdi. Vudi 13 yaşlı qızla cinsi əlaqədə olduqdan sonra onların birlikdə çılpaq fotoları mətbuata yayıldı, Vudi adını ləkədən qurtarmaq üçün Sun adlı qzılığı ilə evləndi. Maraqlıdır ki, o indi də Sunla birlikdə 2 balaca qızı övladlığa götürüb. Deyəsən Sun şir ürəyi yeyib.

Aktrisa Qvinet Peltrou öz brendi olaraq buraxdığı tibb məhsulları ilə insanları zəhərləyir. Bu məhkəmədə sübut olunsa da, aktrisa öz əməlindən geri addım atmır.

Reper Kris Braun bir zamanlar sevgilisi olmuş dünya şöhrətli Rihannanı və ondan sonra həyatına girmiş qadınları vəhşicəsinə döyməsi ilə məşhurdur. Onun hətta üz-göz qan içində olan qadın döyməsi də var. Bu da belə bir manyakdır.

Arnold Şvarsenegger isə evli ola-ola uşaqlarının dayəsi ilə gizli münasibətlərə başlayıb. Həm də bu yasaq eşq onun öz evində baş verib. Bu da azmış kimi bu münasibətlərdən nikahdankənar uşaq da dünyaya gəlib. İllərlə uşağı olduğunu etiraf etməyən Arninin sirrini arvadı açıb. Baxıb ki, evində, dayənin oğlu kimi böyüyən uşaq eynən onun ərinə bənzəyir. Arnold bu barədə psixoloqun iştirakı ilə ailəsinə etiraf edib və indi hər iki ailənin başında duran böyük dayaqdır.

15.09.2023 08:39
show 1063