13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.
Qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır. (Lent.az)