12 yaşında milyonçu olan qız kim idi?

Sarah Rector (1902–1967) adı ilə tanınan məşhur afro‑amerikalı uşaq milyarder idi.
Qlobal.net bildirir ki, o, ABŞ-ın ilk qaradərili milyonçu qızı olmağı bacarmışdı.
Sarah Rector 3 Mart 1902‑ci ildə Oklahoma ştatında afro‑amerikalı icmasında anadan olub. 1865-ci ildə ABŞ-da köləlik rəsmi olaraq ləğv olunanda bəzi tayfalara Oklahama ərazisində qalaraq torpaq almaq hüququ verildi. Ən yaxşı torpaq ağdərililər üçün ayrıldığından, qaradərililərə bərbad və məhsuldar sayılmayan torpaq verirdilər.
Sarahın ailəsinə verilən torpaq da əkinə yararsız, quraq və uzaq ərazidə idi. Ona görə ailə bu torpağın vergi ödəmək üçün ağırlıq olduğunu düşünürdü.
1911‑ci ildə Sarah 9 yaşında olanda atası Joseph Rector vergi borcunu ödəmək üçün torpağı Standard Oil-a kirayə verdi. 1913‑cü ildə ərazidə gözlənilmədən neft fontan vurdu. 11 yaşlı Sarah günlük təxminən 2500 barel neft hasilatından gündəlik təxminən 300 dollar gəlir götürməyə başlayır. Tezliklə balaca qız ABŞ-ın ilk afroamerikalı milyonçusuna çevrilir.
Lakin cəmiyyət onun milyonçu olması ilə barışmır. Dövlət Sarahın sərvətindən narahat olmağa başlayır. Onu valideynlərindən alaraq ağdərili şəxsin qəyyumluğuna verirlər.
1914-cü ildə afroamerikalılaera məxsus jurnalda Sarahın yoxsulluq içində saxlandığı, sərvətin ağdərili tərəfindən istismar edildiyi yazılır. Məqalə tanınmış afro-amerikalı lidrerlərin diqqətini çəkir. Bundan sonra beynəlxalaq təşkilatlar məsələni araşdırır. Sarah qəyyumdan alınaraq internata verilir. Onun varlanması bütün ölkəyə yayılır. 12 yaşı olsa da evlilik təklifləri almağa başlayır. Varlanan Sarah ailəsini daha böyük evə köçürür, bacıları və özü təhsil alır. Ona “ağ adam” statusu verilir.
Saraha iki dəfə ailə qurur. 3 övlad anası olur. 1929-cu ildə baş verən “Böyük böhran” zamanı evini satmağa məcbur olur.
Sarah 1967-ci ildə vəfat edir. Hazırda onun adı qaradərili insanların hüquqlarının müdafiəsi simvoluna çevrilib.
Murad
Qlobal.net