11 yaşlı Rasim Xankişiyevlə bağlı ŞOK İDDİA: "O, İran polisinin əlindədir"
Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində
itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur.
Qlobal.net Sonxeber.az-a istinadla xəbər verir ki, bunu ARB televiziyasında
yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı
bildirib ki, İrandan şəkil göndərilib.
"O şəkili ailəyə
göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər.
Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər söyləyib ki,
Rasimi narkotik satanların arasında görüb. Guya narkotik satan kişini
tutublar. Rasim İran polislərinin əlindədir. Bunu iddia edən İranın
hüquqşunaslarından biridir".