11 dekabr 2025 üçün günlük ulduz falı

11 dekabr 2025 üçün günlük ulduz falını qlobal.net saytı sizə təqdim edir:
Qoç — 11 dekabr 2025
Bu günə müsbət enerji ilə başlayacaqsınız. İşləriniz planlaşdırdığınızdan daha rahat irəliləyə bilər. Hətta çətin tapşırıqlar belə sizə ağır görünməyəcək.
Ətrafınızdakı insanlar dəstək göstərməyə meyilli olacaq. Gözləmədiyiniz şəxslərdən yardım görmək sevindirici ola bilər. Sosial ortam xoş keçəcək, yaxşı xəbər eşitmək ehtimalı yüksəkdir.
Günün irəliləyən saatlarında xırda məişət məsələləri diqqət tələb edə bilər. Əhvalınıza tam uyğun olmasa da, səbirli davransanız nəticə müsbət olacaq. Gözlənilməz yerdən kiçik maliyyə gəliri mümkündür.
Buğa — 11 dekabr 2025
Səhər saatlarından əhvalınız yüksələcək və heç nə sizi asanlıqla narahat etməyəcək. Uzaqdan gələn xoş bir xəbər günü daha da maraqlı edə bilər.
Uzun müddətdir əlaqəsi kəsilmiş tanışlardan xəbər almaq mümkündür. Keçmişdə uğursuz alınan münasibətlərin yenidən canlanması üçün şans yarana bilər.
Günortadan sonra təcili iş səbəbilə planlarınızı dəyişməli ola bilərsiniz ki, bu da bir qədər narahatlıq yaradacaq. Lakin vəziyyət düşündüyünüz qədər pis deyil, nəticə yenə də xeyirinizə olacaq.
Əkizlər — 11 dekabr 2025
Gün sakit və məhsuldar keçə bilər. Planlaşdırma və yeni ideyaları həyata keçirmək üçün doğru zamandır. Qarışıq durumları tez anlayıb çıxış yolu tapmaq bacarığınız bu gün işə yarayacaq.
Köhnə dostlardan dəstək almaq mümkündür. Maliyyə ilə bağlı təkliflər gəlsə, tələsmədən, yaxşı düşünüb qərar verin. Maraqlı söhbətlər və önəmli məlumat əldə etmək şansı böyükdür.
Xərçəng — 11 dekabr 2025
Gün çox parlaq olmasa da, ümumilikdə xoş keçəcək. Vacib işlərə tələsmədən yanaşsanız, hər şey qaydasında gedəcək. Son zamanlar düşündüyünüz ailə məsələləri də çözülə bilər.
Kiçik alış-veriş üçün münasib gündür, həm özünüzü həm də yaxınlarınızı sevindirə biləcək seçimlər edəcəksiniz. Axşam saatlarında uzaqdan gözəl xəbər almaq mümkündür.
Şir — 11 dekabr 2025
Səhər bir qədər gərginlik yarada bilər. Planlarınız gözlənilmədən dəyişərsə, çevik davranmağa çalışın. Qısa müddətdə hər şeyin xeyrinizə döndüyünü görəcəksiniz.
Köhnə ideyalar yenidən aktuallaşa bilər. Sevdiklərinizlə ünsiyyət, səmimi söhbətlər gününüzü daha maraqlı edəcək. Günortadan sonra xüsusi biri ilə görüş şansı var və siz yaxşı təəssürat yarada bilərsiniz.
Qız — 11 dekabr 2025
Bu gün səmimi və soyuqqanlı davranmağınız işlərin uğuruna böyük təsir edəcək. Başqaları xırda problemlərə ilişəndə, siz faydalı işlər görərək irəliləyəcəksiniz.
Maliyyə ilə bağlı çətin mövzulara həll tapmaq mümkündür. Ailə və qohumlarla görüş xoş keçəcək. Kiçik ev tədbiri və birlikdə vaxt üçün ideal gündür.
Tərəzi — 11 dekabr 2025
İstirahət etmək istəsəniz də, günü yalnız boş keçirmək düzgün olmaz. Tənbəllik əhvalınızı aşağı sala bilər. Alış-veriş və plansız pul xərcləri məsləhət deyil.
Yaradıcı işlər üçün çox yaxşı gündür. Yeni ideya irəli sürə bilər və çıxılmaz görünən yerdə yol tapa bilərsiniz. Axşam dostlarla görüşmək müsbət enerji verəcək.
Əqrəb — 11 dekabr 2025
Bu gün mübahisələrdən mümkün qədər uzaq durun. Əsəbləriniz tez tarazana gələ bilər və bilmədən kimisə incidə bilərsiniz.
Əks halda, gün məhsuldar keçəcək. Köhnə işləri tamamlayıb yenisinə başlamaq üçün uyğundur. Gözlənilməz tanışlıqlar mümkündür və onlar haqqında xoş fikirlər eşidəcəksiniz.
Oxatan — 11 dekabr 2025
Gün sizi emosional edə bilər. Kiçik anlaşılmazlıqlar böyük problem kimi görünə bilər. İşə yönəlmək sakitləşməyə kömək edəcək.
Günün ikinci yarısı istirahət və hobbilərə qayıtmaq üçün münasibdir. Köhnə maraqlarınız yenidən sevinc gətirə bilər.
Oğlaq — 11 dekabr 2025
Səhər yorucu keçə bilər, lakin diqqətli davranaraq səhvlərdən qaça bilərsiniz. Emosiyalara deyil, məntiqli düşüncəyə üstünlük verin.
Günün ikinci yarısı daha məhsuldar olacaq. Sevdiyiniz işlə məşğul olsanız, gözəl nəticələr əldə edəcəksiniz. Maraqlı təkliflər və yeni planlar gündəmdə ola bilər.
Dolça — 11 dekabr 2025
Ünsiyyət üçün əlverişli gündür. Farklı insanlarla anlaşmaq asan olacaq. Köhnə narazılıqlar aradan qalxa bilər, ortaq planlar formalaşa bilər.
Romantik maraqlar da yarana bilər, lakin qərarı tələsmədən verin. Günün sonu düşünmək və gələcəklə bağlı nəticə çıxarmaq üçün yaxşı zamandır.
Balıq — 11 dekabr 2025
İnsanları intuisiya ilə yaxşı oxuya bilirsiniz. Yaxınlarla gələcək planlarını müzakirə etmək üçün əlverişli gündür. Gözlənilməz səfər və xoş görüşlər mümkündür.
Böyük işlər üçün uyğun gün olmasa da, sadə tapşırıqları sürətlə və keyfiyyətlə bitirə biləcəksiniz.
Fidan Məmmədli
Qlobal.net


