63eca8b7f3fa5202302234111
107 saat dağıntı altında qalan ailə mahnı oxuyaraq xilas oldu - VİDEO

Türkiyədəki dəhşətli zəlzələ nəticəsində ən çox zərər görən Hatay şəhərində 8 nəfərdən ibarət ailə birlikdə mahnı oxuyaraq səslərini xilasedicilərə eşitdirə biliblər.

Qlobal.net big.az-a istinadən bildirir ki, Kılınç ailəsinin üzvləri yaşadıqları qorxunc anlar barədə danışıblar.

Xilasedicilərə təşəkkürünü bildirən Hacı Murat Kılınçın sözlərinə görə, ailənin 8 üzvü xorla "İzmir Marşı"nı və bildiklri digər mahnıları oxuyublar, o da daşlara vuraraq ritm tutub. Xilasedicilər məhz həmin səsləri eşidərək yardıma gəliblər.


15.02.2023 13:40
show 517