100 nəfər xəstəxanaya yerləşdirildi - Kütləvi zəhərlənmə...

100 nəfər xəstəxanaya yerləşdirildi - Kütləvi zəhərlənmə...

Türkiyədə Samsun rayonunda 100 nəfər xəstəxanaya müraciət edib.


Qlobal.net-in məlumatına görə, rayon ərazisində fəaliyyət göstərən tekstil fabrikində axşam yeməyində göbələkli toyuq sote və makaron yeyən təxminən 100 işçi evlərinə qayıtdıqdan sonra ürəkbulanma və qusma kimi problemlər yaşayıb.

Kavak Dövlət Xəstəxanasına müraciət edən işçilərin əksəriyyəti müalicə olunduqdan sonra evə buraxılıb. Xəstəxanada müalicəsi davam edənlərin də səhhətinin yaxşı olduğu bildirilib.

Fidan
Qlobal.net

05.12.2024 09:50
show 198