Müğənni Xatirə İslam xarici görünüşü ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, sənətçi artıq çəkilərindən xilas olub. O bununla bağlı sosial şəbəkə hesabında bildirib.
İslam sağlam yolla arıqlayaraq əməliyyatsız 10 kiloqrama qədər çəki atdığını deyib:
"Düz 10 kiloqram arıqladım. Heç bir dərman, yaşıl çay, əməliyyat olmadan... Arada inadım tutur. Qaldı 10 kiloqram, görüm onu neynirəm?"
Sənətçi atdığı artıq çəkiləri ilə tanınmaz hala düşüb. Onun yeni görünüşdə olan fotoları sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.