64d1c4b56d865202308232941
10 il əvvəl itkin düşən ərini dilənərkən gördü - Bu sualı verdi (VİDEO)
Hindistanda bir qadın 10 il əvvəl itkin düşən ərini, dilənçilik edərkən yaxaladı.
43 yaşlı Janaki Devi müayinə üçün həkim qəbuluna gedərkən itkin düşmüş əri ilə rastlaşıb. Xəstəxanada növbə gözləyən qadın həyətdə dilənçilik edən ərini dərhal tanıyıb. Duyğusal anlar yaşayan qadın ərinin saç-saqqal basmış üzünü əlləri ilə oxşayaraq, sadəcə bir sual verib: "Bugünə kimi hardaydın?".
21 il əvvəl ailə quran cütlüyün 3 oğlu olub. Əqli problemləri olan ər 10 il əvvəl evi tərk edib. Qadın və qohumları kişini nə qədər axtarsa da heç yerdə tapa bilməyiblər.
Qovuşma anının görüntülərini təqdim edirik:

(milli.az)

08.08.2023 08:28
show 6171