1 milyon manat verib azadlığa çıxan iş adamı yenidən tutuldu - DETALLAR
"Avro Qrand” şirkətinin sahibi olduğu deyilən tikinti maqnatı Xanlar Cəfərov həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, ona Cinayət Məcəlləsinin 178.3.2
(külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
İş baxılması üçün Ağır Cinayətlər Məhəməsinə göndərilib.
Onun əməllərindən 12 nəfər (aralarında dövlət qurumlarının əməkdaşları da var) zərərçəkmiş qismində tanınır.
İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Xanlar Cəfərovun sahibi olduğu "Avro Qrand” şirkətinin hazırda 1,4 milyon manatdan çox vergi borcu var.
Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində
dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə
və vergi ödəməkdən yayınmada təqsirləndirilən Xanlar Cəfərov 1 milyon
manat vergi borcunu ödədikdən sonra şərti azadlığa buraxılıb. Həmin il
Xanlar Cəfərovun rəhbəri olduğu "Avro Qrand” şirkəti Binəqədi rayonu,
Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə
vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.
Onun barəsində 2019-2021-ci ildə də 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdı. Müəmmalı
səbəblərdən o hər bir məhkəmədə azadlığa buraxılıb.