63917a416fa25202212224641
1 il əsirlikdə qalan Fedya görün necə qaçıb - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ (VİDEO)


"Ermənilər ayaq dırnaqlarımı kəlbətinlə çıxarırdılar, söküntü işlərinə cəlb edirdilər".343 gün erməni əsirliyində qalan Famil Əliyev (Fedya) bildirib ki, düşmən azərbaycanlı əsirləri ucu dəmirli batinkayla, dəyənək və lomla vəhşicəsinə döyüb, ağır işgəncələr verib:

"1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən hərbi xidmətə çağırılmışam. Ağdam və Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1994-cü ilin yanvarında Ağdamın Cəvahirli kəndində gedən döyüşlərdə yaralandım və ermənilər tərəfindən əsir götürüldüm. Əvvəl Ağdama, daha sonra digər əsirlərlə birlikdə Xankəndinə aparıldım. İki-üç gün sonra bizi Şuşa türməsinə gətirdilər və o gündən etibarən dəhşətli günlərimiz başladı..."
343 günlük erməni əsirliyində olan Famil Əliyevlə bloger Nail Kəmərli reportaj hazırlayıb.

Qlobal.net həmin reportajın I hissəsini təqdim edir:


08.12.2022 09:40
show 1110